Türkiyənin 10 vilayətində baş verən dəhşətli zəlzələdən sonra bu ölkənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırımın 2019-cu ildəki çıxışı yenidən gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, Yıldırım 4 il əvvəlki çıxışı zamanı şiddətli zəlzələ yarada biləcək hərbi vasitələrdən danışıb.
“Titan qəlibli 10 metrlik çubuqları kosmosdan dünyaya istədiyi hədəfə göndərə bilən hərbi peyklər var. Həmin çubuqlar yerin 5 km dərinliyinə girərək 7-8 bal gücündə şiddətli zəlzələ yarada bilir. Bunları müəyyən etmək də mümkün deyil”, - Yıldırım bildirmişdi.
Sözügedən çıxışın gündəmə gəlməsindən sonra türkiyəli mütəxəssis fevralın 15-də yenidən açıqlama vermək məcburiyyətində qalıb:
“Bir neçə gündür sosial şəbəkələrdə yayılan video haqqında çox suallar verilir. Bu qısa video mənim illər öncə strategiya institutundakı konfransdakı çıxışımdadındır. Yerin orbitinə yerləşdiririlib istifadə edildiyi zaman kiçik bir şəhəri xəritədən silə biləcək silah sistemindən danışmışdım. Bu silah sisteminin fay xətlərini oyatmaq və tektonik zəlzələ yaratmaq kimi funksiyası yoxdur. Xüsusilə fay xəttində olan Maraş zəlzələsi ilə də əlaqəsi yoxdur. Yanlış anlaşılmasını istəmirəm. Bu silahın təsiri asteroid çarpmasına bənzəyir”.
- İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto
- İlham Əliyev Trampla görüşdü - Video
- Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...
- Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev
- Trampın Əliyev və Paşinyanla diqqətçəkən dialoqu - Video
- Fələstinli satqınları dəhşətli ölüm gözləyir
- İlham Əliyevlə Makronun səmimi görüşü - Video
- MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat