Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil etmişdi. Məsələ ilə bağlı "Yeni Müsavata" açıqlama verən xalq artisti, tanınmış kinorejissor şeyx Əbdül Mahmudov da Nadir Qafarzadənin davranışını biabırçılıq, rüsvayçılıq adlandırıb: “Mən bunun günahını xalqda görürəm. Niyə bu adamı öz məclislərinə, toylarına dəvət edir? Adamlar var ki, bu cür müğənnilərə görə toyunun vaxtını dəyişir. Gecəsinə 5-10 min manat verirlər, o da cızığından çıxıb, bu cür davranışlar edir. Buna görə də bu, birbaşa xalqın özünün günahdır.
Daha bir məsələ, bu məsələdə həm də televiziyalarımız günahkardır. 5-3 manat pul qazanacaqlar deyə belə adamları efirə çıxarıb, camaatın əxlaqını, tərbiyəsini, mədəniyyətini pozurlar. Aidiyyəti orqanlar hara baxır? Nadir Qafarzadənin nə səsi var, nə mədəniyyəti, nə də əxlaqı. Niyə onu efirə çıxardırlar?
Mən çox sevinirəm ki, nə vaxtsa Nadir Qafarzadə demişdi ki, o, türk deyil. Çox sağ olsun ki, bunu deyib. Əgər desəydi ki, türkdür, özümü təhqir olunmuş hesab edərdim. Dünyanın yaradılışı, tarixi, mədəniyyəti türklə bağlıdır. Bunu Nadir Qafarzadə haradan bilsin ki. O, sadəcə manısdır, savadı yoxdur, ona görə də boş-boş danışıb, boş-boş işlərlə məşğuldur. Ümumiyyətlə, onun hansı millətə məxsus olduğu məlum deyil. Çox ayıb olsun ona! Bizə ümumiyyətlə Nadir Qafarzadə lazım deyil! Getsin savadını, səviyyəsini artırsın, yoxsa ki “3 badam bir qozla” başımıza çıxardıblar".
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video