"Araz" marketlər şəbəkəsində bəzi ərzaq məhsullarının istifadə müddətinin saxtalaşdırılması faktı üzə çıxıb.
BUTA.TV xəbər verir ki, Şamil Əzizbəyov küçəsində yerləşən marketdə alınan şirniyyatın (Bonita mini rulet) tamamilə istifadəyə yarasız olduğu məlum olub. Amma məhsulun üzərində onun istifadə müddətinin bu ilin may ayına kimi olduğu göstərilib. Araşdırmalar zamanı bəlli olub ki, məhsulun üzərinə bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın istifadə müddəti saxta yolla uzadılıb. Halbuki onun köhnə və istifadəyə tam yararsız olması dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkuyib və acı dadır.
Aydın olur ki, "Araz" marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.
Bu, məsul alınan zaman verilən qəbizdən də görünür. Məhsulun üzərində onun bir kiloqramının qiymətinin 10,99 AZN-ə olduğun göstərilib. Qəbizdə isə həmin şirniyyatın 1 kiloqramı 7,97 AZN-dir. Bu isə onu göstərir ki, market əməldaşları məsulun istifadə müddətinin “uzadılmasını” tələsik həll etməyə çalışıblar. Yeni abrkod isə hələlik sistemə oturmayıb. Çünki marketlər qiymətləri artırdıqda əvvəlcə onu sistemdə düzəliş edirlər, sonra məhsulun üzərində.
Məsələ ilə bağlı Bakupost.az-ın əməkdaşı həmin marketə baş çəkib. Məlum olub ki, həmin məhsulların hamısı xarabdır və alıcılara bu şəkildə də satılır.
"Araz" marketlər şəbəkəsindən isə qeyd olundu ki, məsələ araşdırılır.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?