Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun əsas müxalifət blokundan seçkidə namizəd kimi irəli sürülməsindən əsas faydalanan şəxs Türkiyə Prezidenti Ərdoğandır.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Əbdülqədir Selvi deyib.
“Bu prosesdə qalib Kılıçdaroğlu oldu. Digər qalib isə Ərdoğandır. Çünki Ərdoğan ən çox Kılıçdaroğlu ilə rəqabət aparmaq istəyirdi”, - köşə yazarı bildirib.
Selvi vurğulayıb ki, Ərdoğan qarşıdan gələn seçkidə qalib gəlsə, o zaman müxalifət cəbhəsində hər şey yenidən başlayacaq.
Qeyd edə ki, 74 yaşlı Kılıçdaroğlu Türkiyədə mayın 14-də keçiriləcək ümumi seçkidə müxalifət tərəfindən vahid namizəd kimi irəli sürülüb.
- Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert
- Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem
- İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto
- İlham Əliyev Trampla görüşdü - Video
- Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...
- Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev
- Trampın Əliyev və Paşinyanla diqqətçəkən dialoqu - Video
- Fələstinli satqınları dəhşətli ölüm gözləyir