Bir neçə ay öncə boşanan müğənni Mina Hüseyn yeni sevgilisi barədə danışıb.
BUTA.TV xəbər verir ki, “Səhər Mərkəzi” verilişində qonaq olan ifaçı şəxsi həyatı ilə bağlı ona ünvanlanan sualları cavablayıb.
O, sevgilisi ilə Ümrə ziyarəti zamanı tanış olduğunu deyib: “Oğlanın üzünü bağlayıb paylaşdım, hələ ki, istəmirik. Çox yeniyik, 1 aydır ki, sevgiliyik, hələ bir-birimizi tanıma mərhələsindəyik. Sadəcə, mən üzdə olan xanımam və bir çox insan mənimlə maraqlanır. Həyatımda birinin olduğunu bildirmək üçün o şəkli paylaşdıq. Yenə bu qədər danışıldı. Biz xoşbəxtik, çox xahiş edirəm, hələ ki, bizə dəyməyin. Mən Ümrə ziyarətinə getmişdim, orada tanış olmuşuq. Məncə, bu Allahın qismətidir. Xasiyyəti çox gözəldir, sənətimdə mənə dəstək olur, deyir, istəyirəm ki, oxuyasan. Hörmət edir, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. Allah hamını xoşbəxt etsin, mən də onların içində”.
Həmin görüntüləri təqdim edirik:
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto