OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı bir sıra qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub. Belə ki, ”Brent” markalı neftin qiyməti bir barrel üçün 4 faizdən çox yüksələrək, 84 dollara satılır.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min, Rusiyada 500 min, İraqda 211 min, Küveytdə 128 min, Qazaxıstanda 78 min, Omanda 40 min, Əlcəzairdə isə 48 min barrel azaldılması planlaşdırılır:
“Bununla OPEK və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirlərini göstərməkdədir.
Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi