Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb.
Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Azər Seyfəddin oğlu Paşayev və Salyan rayon sakini Elnur Mənəfağa oğlu Muradov saxlanılıb.
Araşdırma zamanı qeyd olunan şəxslərin “Toyota Prius” markalı 99-DC-626 dövlət nömrə nişanlı avtomobillə gəlməsi və ərazidə daha 4 (dörd) nəfərin olması müəyyənləşdirilib.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən nəqliyyat vasitəsinin sürücüsü Cəlilabad rayon sakini Aqil Yaşılxan oğlu Şahmarlı və Göygöl rayon sakini Röyal Rövşən oğlu Kazımov şühbəli şəxs qismində saxlanılıblar.
Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 15:45-də gizlənərək təqibdən yayınmağa çalışan Göygöl rayon sakini Rəfail Məhərrəm oğlu Əsgərov və Tərtər rayon sakini Orxan İlqar oğlu Əzimov sərhəd naryadı tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edərək,dövlət sərhədinin pozmaqda məqsədlərinin İrandan Azərbaycana narkotik vasitə gətirmək olduğunu bildiriblər.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Yararsız döyüş sursatları məhv ediləcək
- Yol Polisi piyadalara müraciət etdi
- Gəncədə tələbə qızlar zəhərləndi
- Sabah Bakıda böyük tıxaclar olacaq
- Xahiş edirəm, azərbaycanlı tərəfdaşlar kimi... - Vuçiç
- Belqradda bu bina bayrağımızın rəngləri ilə işıqlandırıldı - Video
- Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır
- Çingiz Abdullayev Mehdiyevdən yazdı, “quş” buraxdı