Ramazanda yerinə yetirilməli əməllərdən biri də fitrə zəkatıdır. Hər bir şəxsin imkanından asılı olaraq, bu məbləğ 5-15 manat arası dəyişə bilər. Belə ki, bu da bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq.
BUTA.TV xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, fitrə zəkatının ərzaqla, yoxsa ərzağın dəyərində pulla verilməsiylə bağlı suallar var:
“Bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq, bir sıra islam alimi ərzaq dəyərində pulun verilməsinin mümkün olduğunu deyir. Hesab edirəm ki, günümüzün reallıqları nəzər alınaraq, fitrə zəkatı pulla da verilə bilər.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
İmkanı olan hər bir müsəlmanın fitrə zəkatını imkansız və kimsəsiz insanlara Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi verməsi vacibdir”.
- Yararsız döyüş sursatları məhv ediləcək
- Yol Polisi piyadalara müraciət etdi
- Gəncədə tələbə qızlar zəhərləndi
- Sabah Bakıda böyük tıxaclar olacaq
- Xahiş edirəm, azərbaycanlı tərəfdaşlar kimi... - Vuçiç
- Belqradda bu bina bayrağımızın rəngləri ilə işıqlandırıldı - Video
- Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır
- Çingiz Abdullayev Mehdiyevdən yazdı, “quş” buraxdı