Azərbaycanlı tələbə Şəmsi Tağıyev ABŞ-da oxuduğu universitetin rəsmi marşını bəstələyib.
Kult.az xəbər verir ki, bu haqda Şəmsi Tağıyev özü Feysbuk səhifəsində məlumat paylaşıb
“Axır ki, Amerika universiteti üçün rəsmi marş bəstələmiş ilk azərbaycanlı bəstəkar adını qazandığımı fəxrlə deyə bilərəm. Bu marşı gələn payız sezonundan etibarən universitetin kampusunda (və eləcə də Mankatoda) keçiriləcək hər bir oyundan əvvəl eşidə bilərsiniz”.
Qeyd edək ki, Şəmsi Tağıyev ABŞ-ın Minnesota Dövlət Universitetində təhsil alır.
Bu il yeni marş bəstələnməsi üçün müsabiqə keçirilib. Müsabiqədə Ş.Tağıyevin bəstələdiyi marş qalib gəlib.
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov
- Rusiyadan xahiş edirik, bunu satın... - Paşinyan
- “Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm” - Fermerlər şikayətçidir-Video
- Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
- İran bu AB ölkəsinə xəbərdarlıq etdi
- Prezidentin hesablarında Buxara səfəri ilə bağlı paylaşım - Video
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan