Azərbaycanlı tələbə Şəmsi Tağıyev ABŞ-da oxuduğu universitetin rəsmi marşını bəstələyib.
Kult.az xəbər verir ki, bu haqda Şəmsi Tağıyev özü Feysbuk səhifəsində məlumat paylaşıb
“Axır ki, Amerika universiteti üçün rəsmi marş bəstələmiş ilk azərbaycanlı bəstəkar adını qazandığımı fəxrlə deyə bilərəm. Bu marşı gələn payız sezonundan etibarən universitetin kampusunda (və eləcə də Mankatoda) keçiriləcək hər bir oyundan əvvəl eşidə bilərsiniz”.
Qeyd edək ki, Şəmsi Tağıyev ABŞ-ın Minnesota Dövlət Universitetində təhsil alır.
Bu il yeni marş bəstələnməsi üçün müsabiqə keçirilib. Müsabiqədə Ş.Tağıyevin bəstələdiyi marş qalib gəlib.
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur
- Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov