Ermənistanın “5-ci kanal”ı Azərbaycan Ordusunun mühəndis-istehkam işləri ilə bağlı reportaj hazırlayıb.
BUTA.TV xəbər verir ki, reportajda Azərbaycan Ordusunun mövqelərdən bir addım da geri çəkilmədiyi və istehkam işlərini qarşı havada da davam etdirdiyi bildirilir.
Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətinə götürüb.
Erməni mediasının iddiasına görə, sözügedən ərazidi Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş də olub. Ermənistanı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb. Ermənilər Azərbaycan və Ermənistan ordusu hərbi birliklərinin (bir-birindən 5-10 metr məsafədə olduğu iddia edilir) yaxın məsafədə yerləşdiyini bildirərək, Ordumuzun geri çəkilməsini xahiş edib. Azərbaycan bu xahişi rədd edib.
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur
- Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov