Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 113-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
BUTA.TV xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus üç yük avtomobilinin Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur
- Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov