Çin Kuril adalarının mülkiyyəti ilə bağlı mövqeyinə yenidən baxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo Nyus" nəşrinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Pekinin indi “neytral” baxışları var.
Xəbər agentliyi qeyd edib ki, Çin sədri Si Szinpin Moskvada Vladimir Putinlə bu yaxınlarda apardığı danışıqlarda Kuril adalarını Yaponiyanın bir hissəsi kimi tanımayıb. O, bu mübahisədə hər iki tərəfi dəstəkləməyib və neytral qalıb.
Beləliklə, Si Szinin təxminən altı onillikdə mövcud olan mövqeyindən uzaqlaşıb. 1964-cü ildə Çin lideri Mao Zedonq dörd mübahisəli Kuril adasını Yaponiya ərazisi kimi tanıyıb. Daha sonra iyul ayında o, açıq şəkildə Yaponiya Sosialist Partiyasına bildirib ki, Kuril adaları “onlara qaytarılmalıdır”.
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur
- Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov