Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri "Vesti"yə Knessetin deputatı, İsrailin keçmiş maliyyə və müdafiə naziri Aviqdor Liberman bildirib.
"Azərbaycan bir dövlətdə öz adət-ənənələrinə riayət edə və başqa xalqların adətlərinə hörmət edə bilmənin gözəl nümunəsidir. Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir," - deyə A.Liberman bildirib.
O, İsraillə Azərbaycan arasında əlaqələrin böyük tarixə malik olduğunu, bu gün başlamadığını deyib.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
"Və heç 32 il əvvəl diplomatik münasibətlərin qurulması ilə də başlamayıb. Demək olar ki, azərbaycanlılarla yəhudilər arasında münasibətlər uzun əsrlər boyu davam edir. Yəhudilərin özlərini buradakı kimi rahat hiss etdikləri keçmiş SSRİ-nin başqa bir respublikasının adını çəkmək çətindir. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanında var".
- Uşaq evində 1 yaşlı uşaq qızılcadan öldü
- Xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Tarix...
- 22,7 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
- Bu yolda sürət həddi endirildi
- DYP-dən dumanlı hava ilə bağlı müraciət
- Astarada əməliyyat: saxlanılanlar var - Video
- Bakıda duman müşahidə olunur
- Tarixin bizə verdiyi dərsləri... - Budanov