Tanınmış tərcüməçi, filoloq Vilayət Hacıyev vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetindən bildirilib.
Qeyd edək ki, Vilayət Hacıyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.
O, 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.
Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olub. 1970-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunub. V.Borxert, Z.Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələr tərcümə edib.
Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün “Bir təlxəyin düşüncələri”, “Kişisiz ev”, Frans Kafkanın “Məhkəmə” və bir sıra başqa əsərlərini orijinaldan dilimizə çevirib.
- Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi - Video
- Qazi icra başçısına ağır itki...
- Bu təhsil müəssisələrində müəllimlərin imtahan qaydası dəyişir
- Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat
- Sabah bu rayonlarda qaz olmayacaq
- Ukraynada azərbaycanlı snayper öldü - Foto
- Sabah 23 dərəcə isti olacaq
- Psixiatriya xəstəxanasında 47 yaşlı kişi qəfil öldü