Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına dair İstanbul razışmalarının həyata keçirilməsi qlobal ərzaq böhranının qarşısını almağa imkan verdi.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Taxıl sazişinin həyata keçirilməsi sayəsində biz qlobal ərzaq böhranının qarşısını ala bildik. Qara dəniz taxıl dəhlizinin yaradılması təşəbbüsü göstərdi ki, müharibənin şərtlərinə baxmayaraq, danışıqların aparılması və razılığın əldə olunması üçün ilkin şərtlər var", - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti Ukrayna böhranının ədalətli həllinə ümid etdiyini qeyd edib.
Onun sözlərinə görə, buna Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə müntəzəm təmaslar kömək edə bilər.
- İran bu AB ölkəsinə xəbərdarlıq etdi
- Prezidentin hesablarında Buxara səfəri ilə bağlı paylaşım - Video
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan
- Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
- Dənizdə daha 2 nəfər batdı - Foto
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi