Aprelin 3-də Bakıda keçirilən “Yaşıl enerji” Azərbaycan-ABŞ forumu çərçivəsində 10 Amerika kompaniyasının nümayəndələrinin Azərbaycan şirkətləri və dövlət orqanları ilə apardığı danışıqlar məhsuldar olub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a forumun işində iştirak edən ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman söyləyib. O qeyd edib ki, tərəflər arasında danışıqlar çox məhsuldar olub və “yaşıl enerji” sahəsində gələcək əməkdaşlığa təkan verəcək. Onun sözlərinə görə, forumda iştirak və tədbir çərçivəsində keçirilən görüşlər Amerika şirkətlərinə Azərbaycanın “yaşıl enerji” istehsalı sahəsində təcrübəsi ilə yaxından tanış olmaq imkanı verib.
“Düşünürəm ki, biz bu potensialdan konkret tərəfdaş münasibətlərinin yaradılması üçün istifadə edə bilərik”, -deyə ABŞ ticarət nazirinin köməkçisi vurğulayıb.
Arun Venkataraman Prezident İlham Əliyevin Avropa İttifaqı ilə energetika sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma Memorandumunu imzalamaq qərarını yüksək qiymətləndirib, bunu tarixi addım adlandırıb. O qeyd edib: “Biz irəli sürülən təşəbbüsə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. ABŞ bu sazişi dəstəkləyir və enerji təhlükəsizliyini, həmçinin təkcə Aİ-də deyil, həm də bütün regionda öz tərəfdaşlarının müstəqilliyini təmin etmək niyyətindədir”.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
- Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi - Video
- Qazi icra başçısına ağır itki...
- Bu təhsil müəssisələrində müəllimlərin imtahan qaydası dəyişir
- Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat
- Sabah bu rayonlarda qaz olmayacaq
- Ukraynada azərbaycanlı snayper öldü - Foto
- Sabah 23 dərəcə isti olacaq
- Psixiatriya xəstəxanasında 47 yaşlı kişi qəfil öldü