Diplomu dövlət nümunəli olmayan müəllimlər sertifikatlaşdırmaya onun üçün cəlb olunur ki, savadı çatmayanlar təhsil sistemindən uzaqlaşdırılsın.
Bunu BUTA.TV-a “diplomu dövlət nümunəli olmayan təhsilverənlərin sertifikatlaşdırmaya cəlb olunması” ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
“2014-2018-ci illərdə aşkarlanan diplomu dövlət nümunəli olmayan altı min təhsilverənin bir qismi işdən kənarlaşdırılıb, yerdə qalanlarına isə məhkəmə qərarı ilə qaydalara əsasən altı saata qədər dərs verildi. Hazırda sözügedən sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlər onlardır. Bu da o deməkdir ki, altı saata qədər dərs verən müəllimlər sertifikasiyadan keçə bilsələr, tam ştat dərs götürə biləcəklər”.
Ekspert bunu da əlavə edib ki, serifikasiyadan keçməyənlərə bir dəfə şans veriləcək, növbəti ildə də keçməsələr, həmin şəxslərlə müqavilə imzalanmayacaq.
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir
- Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı
- Azərbaycanda bu nazir vəzifələri boşdur
- Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
- 30 il əvvəl taksi sürücüsünü öldürən şəxslərin məhkəməsi başlayır
- Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi
- "Sovetski" sakininin evi qanunsuz sökülüb? - Açıqlama
- Telefon qadağası müəllimlərə də şamil edilməlidir - Ekspert