Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.
Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir
- İran bu AB ölkəsinə xəbərdarlıq etdi
- Prezidentin hesablarında Buxara səfəri ilə bağlı paylaşım - Video
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan
- Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
- Dənizdə daha 2 nəfər batdı - Foto
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi