Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi
- Azərbaycanda ilk - Kriptovalyuta dövlət nəfinə müsadirə edildi
- Tramp qolf üçün İrlandiyaya gedir
- Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
- Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - VİDEO