Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb.
Buta.tv-nin məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.
İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib. İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Şəhər sakinləri bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb:
"İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik".
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib./Demokrat.az
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya, yoxsa Argentina? - Canlı-Yenilənir
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi