Bakıda Rusiya ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin-çiyinə duraq" başlıqlı bukletlər paylaşıldığına dair iddialar yayılıb.
BUTA.TV xəbər verir ki, bukletdə "Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar" vəd edirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məlumat araşdırılır.
Xatırladaq ki, bukletin üstündə olan nömrələrin Rusiyaya aid qısa nömrə olması bu bukletlərin Rusiyada yayıldığı ehitmalını da istisna etmir.
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video
- Bu şəxslər hərbi xidmətdən azaddır!
- Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...
- Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...
- Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur
- Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?