"Qarabağ"ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.
Qeyd olunub ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro vəsait qazanıb.
Bunun 2 940 000 avrosu iştirak haqqı kimi "köhlən atlar"ın hesabına köçürülüb. Bundan başqa, "Qarabağ"a qrupdakı performansına görə 2 344 000 avro, əmsala görə 935 000 avro, pley-offa çıxdığı üçün 300 000 avro, reklamlardan isə 10 000 avro pul ödənilib.
Yekun məbləğdən 5 000 avro müəyyən xərclərə görə çıxılıb.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasında qrup mərhələsini 2-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Bu raundda Fransa "Marsel"inə uduzan (1:3, 0:3) ağdamlılar turnirlə vidalaşıb.
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?
- Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
- Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot
- İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video