Rəsmi Bakı Xankəndinə növbəti mesajını yollayıb: yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra Laçın yolundan tam istifadəyə şərait yaradılacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan deyib.
Onun iddiasına görə, Laçın yolunda keçirilən aksiyanın tələbi dəyişib:
“Tələb budur ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatmasından, yoldan tam istifadədən danışmaq olar. Artıq Xankədinə giriş və çıxış getdikcə daha da çətinləşir”, - iddia edib.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
Laçın yolunda aksiya keçirilən ərazidə bütün humanitar yüklərin keçidinə şərait yaradılır. Aksiyanın başlandığı 12 dekabr 2022-ci ildən indiyə qədər Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərə daşıdığı yüklərin statistikası da bunu sübut edir. Separatçılar öz mövcudluqlarını qorumaq məqsədilə “aclıq” və “blokada” səhnələri qururlar. Lakin artıq beynəlxalq ictimaiyyət də bu teatra inanmır. Əsas gündəm erməni əhalisinin Azərbaycana reinteqrasiyasıdır.
Bununla bağlı Xocalıda keçirilən görüşdən sonra separatçılar prosesin qarşısını almağa çalışır. Rəsmi Bakı Xocalı görüşündən sonra Xankəndinə ismarıc göndərərk bildirib ki, “ya reinteqrasiya ilə razılaşacaqsınız, ya da vəziyyətiniz daha da çətinləşəcək”. Həmin ismarıcdan sonra ordumuzun keçirdiyi əməliyyatlar nəticəsində separatçıların bütün “nəfəslikləri” bağlandı. İndi Azərbaycan ermənilər qarşısında vətəndaşlıq tələbini qoyub.
Mövcud situasiyda ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə - Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzunmüddətli davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir.
- Ermənistana ixrac edilən məhsulların dəyəri...
- Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?
- Vüqar Qurbanovu əvəzləyəcək şəxs kimdir?
- Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət azaldılır
- Vüqar Qurbanovun işdən çıxarılma səbəbi...
- Vüqar Qurbanov vəzifəsindən azad edildi
- Qəzada ölən Vahid bu kollecin tələbəsi imiş - Foto
- Məhkəmədən Vüqar Məmmədovla bağlı qərar