Taliban qadınların BMT-nin missiyasında işləməsini qadağan edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov deyib.
BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanın de-fakto hakimiyyətinin bu qərarını qəti şəkilə pisləyib və bunun BMT missiyasının fəaliyyətinə birbaşa təsir edəcəyini bildirib:
"Əfqanistanda görünməmiş böhran yaşanır və bu böhran əsasən ən həssas qrup olan qadınlar ətrafında cəmlənib. Son 18 ayda baş verənləri hamımız gördük, çünki "Taliban" faktiki olaraq qadınları hədəf alıb. Bu qərarlar insan hüquqlarının, humanitar prinsiplərin və beynəlxalq qaydaların pozulmasıdır. BMT-nin qurumları qadın işçilər olmadan humanitar yardım göstərə bilməz. Təşkilat bu mürəkkəb dövrdə əfqan qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində səylə çalışır. Ümid edirik ki, yaxın gələcəkdə nəticə əldə olunacaq".
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
- Ermənistana ixrac edilən məhsulların dəyəri...
- Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?
- Vüqar Qurbanovu əvəzləyəcək şəxs kimdir?
- Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət azaldılır
- Vüqar Qurbanovun işdən çıxarılma səbəbi...
- Vüqar Qurbanov vəzifəsindən azad edildi
- Qəzada ölən Vahid bu kollecin tələbəsi imiş - Foto
- Məhkəmədən Vüqar Məmmədovla bağlı qərar