Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb", - deyə o qeyd edib.
Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir".
- Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
- Tramp Ukraynanı yolundan döndərdi: Yeni strategiya...
- Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
- Avropa parçalanıb, ruslara qadağa qoysaq... - Tsimmerman
- İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
- "Şimal Axını"nı Ukrayna partlatmayıb - Zelenski
- Belarus vətəndaşları Şimali Koreyaya vizasız gedə biləcək
- Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı