Bakıda polisin papağını alıb, protokolu ləğv etməyi tələb edən sürücü həbs olunub.
Hadisə 06 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində baş verib.
Belə ki, , “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul Adil (şərti) sözügedən yolun kəsişməsində yol-patrul xidmətinin əməkdaşı onu saxlayaraq taksi kimi fərqlənmə nişanından istifadə etmədiyi və dönərkən dönmə nişanını yandırmadığı bildirib. Bundan narazı qalan sürücü əvvəlcə “102” xidmətinə zəng vurub və daha sonra telefonu ilə polis əməkdaşının xidməti avtomobilinin şəkilini çəkib. Polis əməkdaşı da ona telefondan şəkili silinməsini tələb edib. Onun telefonun əlindən alıblar.
Bu zaman Adil də əsəbləşərək polis əməkdaşının papağını alıb və ondan telefonunun geri qaytarılmasını istəyib. “Telefonumu ver, papağını verim. Əks halda verməyəcəm”. Sonradan sürücü polisə qarşı səhv etdiyini anlayıb papağı qaytarıb və ondan üzr istəyib.
Sürücü məhkəmədən ilk dəfədir ki, belə bir hərəkətə yol verdiyini, himayəsində xəstə uşağının olmasının nəzərə alınmasını xahiş edib. Məhkəmə Adəmi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilərək ona 10 gün müddətinə inzibati həbs tətbiq edib.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!