Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb etməsi, ona olan borcunu ödədikdən sonra aralarında yaranmış mübahisənin gedişində evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı
- Bakının Suriyada fəallaşması: Uğurlu fürsət... - Kaleci
- Tramp İlham Əliyevə məktub göndərdi