Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Demək olar ki, hər gün İranın molla rejiminə xidmət edən şəxslər saxlanılır. Onlar arasında Əhli-Beyt şairləri və məddahlar da var.
Sosial şəbəkələrdə bu mövzuda keçmiş meyxanaçı, məşhur məddah və Əhli-Beyt (ə) şairi olan Elşən Xəzərin də adını hallandıranlar az deyil. BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış söz ustadı Ağamirzə Məmmədov həmkarının İran agenti olduğunu iddia edənlərə cavab verib:
“Elşən Xəzər meyxanadan getsə də, əlaqəmiz qalıb, hərdən görüşürük, zəngləşirik. Nəinki Elşənin, bir çox məddahın İrana heç bir aidiyyatı yoxdur. Biz dindarlar, içi mən qarışıq, Hüseyn aşiqiyik, biz Əlinin, peyğəmbərin, Quranın aşiqiyik. Peyğəmbərin, Hüseynin, Əlinin İranla heç bir bağlılığı yoxdur, heç İraqla da yoxdur. Biz İrana yalnız ziyarətə gedə bilərik. Elşən Xəzər İran agenti deyil, o, təmiz, pak oğlandır. Onun imanı, hərəkəti, hörməti yerindədir. Elşənin İranla heç bir bağlılığı yoxdur, bunu mən sizə 100% deyirəm, hətta Elşən Xəzərin yerinə də bunu deyə bilərəm. Biz xəstəyik – İmam Hüseynin, Əlinin, peyğəmbərin xəstəsiyik. Yoxsa bizim İranla nə əlaqəmiz ola bilər? Allah iranlıları da, iraqlıları da, azərbaycanlıları da var etsin, lakin bizim onlarla heç bir əlaqəmiz ola bilməz”.
Meyxanaçı hər dindar haqda “İran agenti”dir deyib, onu damğalamağın düzgün olmadığını bildirib:
“Bunu hər dindara şamil etmək olmaz. Əgər belələri varsa, onu hökumət orqanları, DİN ayırd edə bilər. Dindarları 99 faizi peyğəmbərin, imamın aşiqidir. İmamın İrana heç dəxli yoxdur. Biz İran deyəndə İmam Rzanın məqbərəsini ziyarət etməyi nəzərdə tuturuq, İraq deyəndə İmam Hüseynin, Əlinin məzarını ziyarəti düşünürük. Vallah, bizim tək düşündüyümüz bunlardır. Bəzi araqızışdıranlar bu söhbəti meydana atırlar, Elşən Xəzərin adını hallandırırlar. Biz Elşən Xəzəri 40 ildir tanıyırıq, o, təmiz, dindar, pak oğlandır. O, yerdən pul tapsa, əlini vurmaz. Bizə başqasının pulu lazım deyil. Namazımızı qılırıq, orucumuzu tutub, ibadətimizi edirik. Bunların İrana heç bir dəxli yoxdur”.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…