Türkiyədə prezident seçkiləri ərəfəsində seçicilər arasında “Optimar” şirkətinin keçirdiyi sorğunun daha bir nəticəsi elan edilib.
BUTA.TV xəbər verir ki, respondentlərə “Prezident seçkisində kim qalib gələcək” sualı ünvanlanıb.
Sorğunun nəticələrinə görə, seçicilərin 53,4 faizi ölkənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyini düşünür. Vətəndaşların 42,1 faiz isə CHP lideri Kamal Kılıçdaroğlunun qalib gələcəyinə inanır.
Seçicilərin 3,6 faizi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin, 0,9 faizi isə Sinan Oğannın qalib gələcəyini ehtimal edir.
Xatırladaq ki, “Optimar” şirkətinin keçirdiyi sorğuda vətəndaşların 45,9%-i Ərdoğana, 43,9%-i isə Kılıçdaroğluna səs verəcəyini bildirmişdi.
Qeyd edək ki, Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib.
- 6 gün dağıntılar altında sağ qaldı - Cəmi 3 yaşı var
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video