Səfərbər edilmiş 100-dən çox rusiyalı “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqansk vilayətində yoxa çıxıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, əsgərlərin yaxınları bildiriblər ki, bu il aprelin 5-də Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilmiş 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib. Lakin çatandan sonra əsgərləri gizlincə Luqansk vilayətinə yönləndiriblər.
“Ərim və onun səfərbər edilmiş 500 nəfərdən ibarət yoldaşları, əmrə əsasən, “IL-76MD” hərbi yük bortunda Rostov-na-Donuya səhra düşərgəsinə göndərilib. Onları üç göyərtə ilə göndəriblər, hər göyərtədə 170 nəfərdən”, - əsgərlərdən birinin həyat yoldaşı nəşri deyib.
Aprelin 5-də qruplardan biri Staxanov Vaqonqayırma Zavodunun ərazisinə aparılıb və orada səfərbər olunanları irəliyə “itələmək” üçün onları separatçı Cənubi Osetiyanın keçmiş “prezidenti” Anatoli Bibilov qarşılayıb.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
Nəşr iddia edib ki, səfərbər olunanlar “Vaqner” ÖHŞ ilə müqavilə bağlamağa məcbur olublar. Bəzi əsgərlər qohumlarına “axmaqcasına satıldıqlarını” yazıblar.
“Artıq bizi avtomatlar altında aparırlar, vəssalam, təzyiq başlayıb. “Vaqner” ÖHŞ-nin nümayəndələri silahla gəliblər, onların sayı 30-a yaxındır”, - səfərbər olunanlardan biri nəşrə söyləyib.
Jurnalistlər bildiriblər ki, 170 nəfərdən 57-si “Vaqner” ÖHŞ ilə müqavilə imzalamağa razıdır. Lakin eyni zamanda 113 nəfər Luqansk vilayətinə, Krasnaya Talovka kəndindəki Gerasimovski poliqonuna aparılıb. Yaxınlarının verdiyi məlumata görə, aprelin 7-də səfərbərlik yerinə gəldikdən sonra səfərbər olanların telefonları götürülüb. O vaxtdan onlar ünsiyyəti dayandırıblar.
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO