Dığda atışma zamanı İran ordusu niyə hazır vəziyyətə gətirildi?

23:32 - 11 Aprel 2023 - GÜNDƏM

 Dığda atışma zamanı İran ordusu niyə hazır vəziyyətə gətirildi?

Xəbər verdiyimiz kimi, bu gün saat 16:00 radələrində Ermənistan ordusunun Dığ kəndi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat həyata keçirib.

BUTA.TV xəbər verir ki, açılan atəş nəticəsində Ordumuzun 3 hərbçisi şəhid olub.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində isə Ermənistan 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirib.

Dığ kəndi istiqamətində ermənilərin minaatanlardan və iriçaplı silahlardan istifadə ilə atəşi davam etdirdiyi və Ordumuzun cavab tədbirləri görüldüyü zaman SEPAH əraziyə PUA-lar göndərdiyini açıqladı. Bildirildi ki, İranın “şimal-qərbinə” (Azərbaycanla sərhədə) PUA göndərilməsinin səbəbi kəşfiyyat məlumatları toplamaqdır.

SEPAH-a bağlı kanallar isə İranın Azərbaycanla sərhədə gətirilən qüvvələrinə ən yüksək döyüş hazırlığı tapşırığı verildiyi haqda məlumat yaydı. Buna səbəb guya ölkənin suveren ərazisinə təhlükə ilə bağlı idi.

Halbuki Dığ kəndi yaxınlığından (Laçın rayonu) İran sərhədinə qədər məsafə maşın yolu ilə 180 km-dan çox, hava yolu ilə isə 80 km-dan çoxdur.

Görünür, provokasiya etdiyi təxribatı daha yaxından müşahidə etmək və Ermənistana guya “hazır olduğunu” görüntüləmək istəyirdi.

Ancaq İranın bugünkü “davranışları” göstərdi ki, Ermənistanı Azərbaycana qarşı təhrik edənlər onun arxasında heç vaxt sona qədər durmurlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol