Bir neçə gündür Ermənistan ərazisində olduğu bildirilən və qaçdığı iddia edilən ikinci “azərbaycanlı əsgərin” Qarakilsədə marketlərdən birində olduğunu əks etdirən foto yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “İnfoMedia” erməni sosial şəbəkə istifadəçilərinə istinadla məlumat yayıb.
İddia edilib ki, qaçmağı bacaran azərbaycanlı əsgər Qarakilsədə (Sisian) marketdə bazarlıq edərkən kameralara yaxalanıb. Onun hansı pulla bazarlıq etməyə çalışdığı, paltarını harda dəyişdiyi, ümumiyyətlə, yolu itiribsə, niyə Azərbaycana qayıtmadığı haqda açıq suallara cavab yoxdur. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bir neçə gün öncə iki (hətta 3 və ya 6 olduğu da deyilir) azərbaycanlı əsgərin Zəngəzurda bir kənddə gecə 01-02 radələrində qapını döydükləri, qapını açan ev sahibəsinin isə dərhal polis çağırdığı, “paltarını dəyişməyə nail olan” azərbaycanlı “əsgərin” saxlanıldığı, onun yoldaşının isə qaçdığı haqda informasiya yaymışdı.
Azərbaycan MN Naxçıvanda xidmət edən iki azərbaycanmlı əsgərin duman səbəbindən itkin düşdüyü haqda açıqlama yaysa da, təfərrüat yoxdur.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…