İndiyə qədər maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən siyasi partiyalara məlumat verilməlidir ki, hesabatlarını təqdim etsinlər.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, MSK hər zaman siyasi partiyalara çatışmazlıqlarını aradan qaldırmaq üçün şərait yaradıb.
“Onlar hesabatlarını təqdim etməlidirlər ki, biz də çatışmazlıqların aradan qaldırılması ilə bağlı partiyalara kömək edə bilək”, - deyə o əlavə edib.
Qeyd edək ki, 39 siyasi partiya maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatlarını təqdim edib. 20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.
- Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!
- Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
- İranda böyük qaz yatağı kəşf edildi
- Yaponiyada növbəti güclü zəlzələ...
- 1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
- Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO
- İran Fransanın iki diplomatını ölkədən çıxardı