İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının “Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçiliyin başqa bir nümunəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bununla sözügedən saytların iki məqsəd güddüyü aşkardır. Birinci məqsədləri Azərbaycan Respbulikasının varlığını inkar, ikinci məqsədləri isə Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir. Əgər imkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar. Reallıqla barışmalı olsalar belə dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər. Bununla da bizi “İran adlı dövlət” ifadəsini işlətməyə məcbur edirlər”, - politoloq bildirib.
- Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!
- Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
- İranda böyük qaz yatağı kəşf edildi
- Yaponiyada növbəti güclü zəlzələ...
- 1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
- Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO
- İran Fransanın iki diplomatını ölkədən çıxardı