Aprelin 12-i gecə saatlarından başlayan güclü yağış nəticəsində bir neçə şəhərdə, o cümlədən Xoyda güclü sel meydana gəlib.
BUTA.TV xəbər verir ki, sel nəticəsində şəhərin və ətraf bölgələrin yolları bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb.
Məlumata görə, sel nəticəsində Xoyun bir neçə bölgəsində müvəqqəti yerləşdirilən zəlzələdən xəsarət alanların çadırlarını su basıb. Bölgəyə isə yardım üçün qüvvələr göndərilmir.
Yerli sosial media fəalları çadırlarda yaşayanların vəziyyətindən video paylaşaraq, könüllü yardım qruplarını yardıma çağırıblar.
Qeyd edək ki, yanvarın 28-i Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrində yerləşdirilib.
- Azərbaycana qar yağdı
- Xarkovda ölən Fatimə diplomunu götürməyə gedibmiş...
- Nazir polkovnik-leytenantı ehtiyata buraxdı - Foto
- Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü