Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.
Bu barədə BUTA.TV-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb.
Qeyd edilib ki, məlumat aidiyyəti quruma təqdim ediləcəkdir.
Qeyd edək ki, monitorinq Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib.
Xatırladaq ki, müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
- Nurlana Əliyeva vəfat etdi
- Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
- Temperatur 35 dərəcəyə yüksələcək
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
- Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər