Üzümüz Vaşinqtona tərəfdir. Pentaqonda ABŞ HHQ-nin Qərargah rəisi Çarlz Braun və Azərbaycan HHQ-nin komandanı Ramiz Tahirov arasında görüş keçirilib. Çarlz Braun Pentaqonun ən peşəkar, qətiyyətli və nüfuzlu generallarından biri hesab olunur. Payızda Mark Milli Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri vəzifəsini tərk edəcək və hal-hazırda Ağ Evdə həmin vəzifəyə ən iddialı şəxs kimi məhz Çarlz Braun qiymətləndirilir. Yəni Braun bu gün Pentaqonda ən böyük nüfuza malik şəxslərdən biridir və o, Azərbaycan rəsmisini qəbul edir.
BUTA.TV xəbər verir ki, bunu politoloq Kamran Cəfərov deyib.
“Dəfələrlə açıqlamışam ki, ABŞ Azərbaycanla strateji təhlükəsizlik sahəsi başda olmaqla bir çox sahələrdə əməkdaşlığı genişləndirir, Azərbaycanı öz təhlükəsizlik qanadı altına alır. Əslində dövlət katibi Blinkenin "Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır" sözlərinin məhz ABŞ Senatında deyilməsi heç də təsadüfi hadisə deyil. Son zamanlar ABŞ-Azərbaycan münasibətləri Senatın və Nümayəndələr Palatasının beynəlxalq əlaqələr komitələrinin qapalı iclaslarında çox geniş müzakirə olunan məsələlərdən biridir. ABŞ birmənalı olaraq Azərbaycanla böyük əməkdaşlıq və müttəfiqlik planları qurur. Bu münasibətlərin fundamental prinsipi köklü daxili islahatlar olacaq”, - politoloq bildirib.
- 1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto
- Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO
- İran Fransanın iki diplomatını ölkədən çıxardı
- ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
- Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
- Bu ölkə Ukraynaya 9.2 milyard dollar ayıracaq
- Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi