Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Vurğulanıb ki, Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb: "Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir".
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- Bu gün Yalançı çərşənbədir
- Mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad edildi
- BŞİH-də müşavirə: Adil Əliyevə töhmət verilib
- Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video
- Əli Əsədov qərar imzaladı
- Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird...
- Evinin sənədi olmayanlara vacib xəbər: 15 günə çıxarış alacaqsınız
- DYP-dən yük maşını sürücülərinə xəbərdarlıq