Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq.
Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib.
Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.
- İran Fransanın iki diplomatını ölkədən çıxardı
- ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
- Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
- Bu ölkə Ukraynaya 9.2 milyard dollar ayıracaq
- Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi
- Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - Fotolar - Video
- Prezidentlər təltif edildi - Fotolar
- “Starlink” böhranı: Zelenski müzakirəyə Makronu da qatdı