İstintaq Zəngəzur mis-molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların (əsir götürülən əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundov nəzərdə tutulur – red.) iştirakına dair heç bir sübuta malik deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri özünün rəsmi Feysbuk səhifəsində Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.
Qeyd edək ki, duman səbəbindən azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundovun guya Zəngəzur mis-molibden kombinatının mühafizəçisi Hayrapet Meliksetyanı öldürməsi ilə bağlı iddia yayılıb. İddiaçılar guya mühafizəçinin telefonunun azərbaycanlı əsgərin cibində tapıldığını bildirirlər.
- Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi
- Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir
- Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı
- Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək
- ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto
- Şlyapa Zahidə hökm oxundu
- Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
- Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov