Çində apellyasiya məhkəməsi ABŞ vətəndaşı Mark Svidanın edam hökmünü qüvvədə saxlayıb və edamı iki il müddətinə təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.
“Biz bu qərardan məyus olduq və onun dərhal azad edilməsini, Birləşmiş Ştatlara qayıtmasını tələb etməyə davam edəcəyik. ABŞ rəsmiləri dəfələrlə yüksək səviyyəli Çin rəsmilərinə cənab Svidanın müalicəsi, tibbi yardımı və vaxtında poçt göndərə və ya ala bilməməsi ilə bağlı öz narahatlıqlarını bildiriblər”, - bəyanatında deyilir.
Qeyd edək ki, Svidan on ildən artıqdır Çin həbsxanasındadır. Çin məhkəməsi 44 yaşlı Mark Svidanı cinayətkar dəstənin tərkibində amfetamin istehsalında iştirak etməkdə ittiham edib. Ümumilikdə, məhkəmə bu iş üzrə 69 kq metamfetamin istehsalında iştirak edən 11 nəfəri cəzalandırıb.
- İran Fransanın iki diplomatını ölkədən çıxardı
- ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
- Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
- Bu ölkə Ukraynaya 9.2 milyard dollar ayıracaq
- Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi
- Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - Fotolar - Video
- Prezidentlər təltif edildi - Fotolar
- “Starlink” böhranı: Zelenski müzakirəyə Makronu da qatdı