Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvana nəsə borcu olması fikri yanlış və əsassızdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib.
Onun sözlərinə görə, KTMT Ermənistana müqavilələrdən və istehsalçıların imkanlarından kənar silah tədarük etməməlidir.
Deputat qeyd edib ki, Ermənistan Moskvanın müttəfiqi olduğunu bildirirsə, Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatda” iştirak etməlidir:
“İrəvan KTMT layihələrində daha fəal iştirak etməlidir. Ermənistan bunu etmir və eyni zamanda da nə isə tələb edir. Deməli, bu ölkə ilə yanlış münasibətlər sistemimiz var”.
Y.Fyodorovun sözlərinə görə, Ermənistan çıxış prosedurunu başa çatdırmadığı üçün beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ-dən qanunsuz şəkildə çıxıb.
“Bu səbəbdən də İrəvanın Moskvanın müttəfiqi sayılmasına heç bir hüquqi əsası yoxdur”, - o fikrini yekunlaşdırıb.
- Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
- MEDİA müsabiqənin nəticələrini açıqladı
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
- Nurlana Əliyeva vəfat etdi
- Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
- Temperatur 35 dərəcəyə yüksələcək
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi