Paşinyan Praqada Dığ kəndi ətrafındakı ərazilərin Azərbaycana verilməsinə razılaşıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Hayk Naapetyan çıxış edib.
“Nikol Paşinyan deyir ki, 100 müşahidəçiyə burada yerləşməsinə izin vermişik, çünki Avropa Birliyi Ermənistanın xəritəsini tanıyıb. KTMT tanımır, çünki Rusiya deyir ki, xəritələr baş qərargahdadır və bunun üzərində komissiya işləməlidir.
Yəni delimitasiya bu sərhədlərə əsasən aparılmalıdır. Bu da o deməkdir ki, Paşinyan Praqada Dığ kəndi ətrafındakı ərazilərin Azərbaycana verilməsinə razılaşıb. Bu, təkcə Dığla bitməyəcək. Bənzər toqquşmalar daha üç bölgədə – Geqarkunik, Tavuş və Araratda olacaq” – deyə o bildirib.
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi
- DTX Mətbuat xidmətinin məlumatı
- Azərbaycanda 53 yaşlı həkim göldə batdı
- “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində sərfəli satış şərtləri
- ADU-da "Məzun günü" keçirildi - Foto
- Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır