İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyan, ehtimal ki, şantaj nəticəsində bu işi edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Nikolyanın yaxın çevrəsindən məlumatlı mənbə bildirib ki, çempionatın açılışının dizayneri o olub, bayraqdarın geyindiyi Azərbaycan bayrağı rənglərində tikilmiş paltarı şəxsən özü tərtib edib, tikdirib.
“Bu səbəbdən bayrağı yandırmağa cəhd etməsi təəccübləndirdi. Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağı rənglərində geyim tikməkdən qətiyyən şikayətçi və narazı olmayıb. Görülən işlərə görə də böyük qonorar alıb. Bəlkə də, Nikolyan hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağın yandırılmasına gedib”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi
- DTX Mətbuat xidmətinin məlumatı
- Azərbaycanda 53 yaşlı həkim göldə batdı
- “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində sərfəli satış şərtləri
- ADU-da "Məzun günü" keçirildi - Foto
- Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır