Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
BUTA.TV xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonu Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbində və Şamaxı rayonu Yusif Məmmədəliyev qəsəbə tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayon 37 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Güləzi kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video
- Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari: Yaxın günlərdə…
- Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan
- “İsgəndər” qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü
- Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan