Rusiyadan gələn konteyner gəmisi fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdə zərər çəkənlər üçün Türkiyəyə 180 tondan çox humanitar yardım çatdırıb.
BUTA.TV xəbər verir, bu barədə “Anadolu Ajansı” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiyadan 184 ton humanitar yardım daşıyan “Evrim Group” konteyner gəmisi Türkiyənin Qara dəniz sahilində yerləşən Ünye limanında dayanıb:
“Soçidən gələn gəmi episentri Qəhrəmanmaraşda olan fevral zəlzələlərində zərərçəkənlər üçün ərzaq çatdırıb. Türkiyə Fövqəladə Hallar İdarəsinin nəzarəti altında olan humanitar yardım fəlakət zonasına göndərilib".
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...
- “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var