“Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk məğlubiyyətini alıb.
BUTA.TV-ın məlumatına görə, bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib.
"Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.
Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.
- Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı
- Emin Araz Ağalarovu "Sea Breeze"də gəzdirdi - Video
- Azərbaycanlılar İranın parçalanmasının qarşısını aldı - Vilayəti
- Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...
- Fərqanə xanım Nigar Camala niyə söz atır? - Tolikdən sərt ismarıc
- Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...
- Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi
- AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO