Ermənistan telekanalları Azərbaycan əsgərlərinin hədəfdə qalmasını əks etdirən kadrları paylaşır. Bu, Ermənistanın növbəti təxribatı və eskalasiyaya gətirib çıxara biləcək çağırışdır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tvitter səhifəsində növbəti erməni təxribatı barədə yazıb.
“Ermənilərin əvvəlcədən düşünülmüş revanşist əməlləri günü-gündən güclənir və insan tələfatına səbəb olur. Təcavüz dayandırılmalıdır”, - diplomat bildirib.
Qeyd edək ki, erməni hərbçiləri snayper tüfənginin nişangahı ilə əsgərlərimizi nişan alıb və bunu kamera ilə çəkərək sosial mediada paylaşıblar.
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər
- Avropa liderləri Kiyevə gəldilər
- Tramp Kanadaya əsəbiləşdi: Artıq bəsdir!..
- Rusiya Ukraynada sərnişin qatarını vurdu
- Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü