Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdıb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, Madhya Pradeş ştatının Dhar şəhər sakini olan Kamleş Patidar evə qayıdaraq yaxınlarını şoka salıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, ikinci dalğada koronavirusa yoluxduqdan sonra səhhəti ağırlaşan Patidar Qucarat Dövlət Xəstəxanasına yerləşdirilib, daha sonra xəstəxana pasiyentin öldüyünü bildirib və yaxınlarına cəsədi təhvil verib. Ailə hətta ənənələrinə uyğun olaraq, Patidarın “cəsədi”nin yandırılmasını da icra edib.
Evinə qayıdan Patidar bu zaman kəsiyində harada olması barədə ailəsinə məlumat verməyib.
Polisin yaydığı açıqlamada isə ailəsi tərəfindən öldüyü bilinən Patidarın ifadəsi aldıqdan sonra real hekayənin gün üzünə çıxacağı bildirilib.
- İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - Video
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər
- Avropa liderləri Kiyevə gəldilər
- Tramp Kanadaya əsəbiləşdi: Artıq bəsdir!..
- Rusiya Ukraynada sərnişin qatarını vurdu
- Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü